|
AEGEE - Association des Etats Généraux des Etudiants de l'Europe
European Students Forum Baku Public Union
Layihə Qrupları və onların gələcək gözləntiləri barədə treyninq
12 avqust 2007-ci il
Quba r-nu, Dostluq İstirahət Komleksi
12 avqust 2007-ci il tarixində AEGEE-Baki İctimai Birliyi Layihə Qrupları və onların gələcək gözləntiləri barədə treyninq keçirmişdir. Treyninqdə AEGEE-Bakının üzvlərindən və təşkilatın işi ilə maraqlanmaq istəyən digər fəal gənclərdən ibarət 32 nəfər iştirak etmişdir. Teyninqin təşkilatçıları tərəfindən hazırlanmış proqram üzrə ilk öncə gənclərin bir-biriləri ilə tanışlığının yaranması və yadda qalması üçün 3 maraqlı oyun həyata keçirildi. Qeyd edək ki, həqiqətən də bu oyunların tanışlıq barədə çox böyük təsiri oldu və gənclər nəinki bir-birlərinin adlarını, hətta təhsilləri və iş təcrübələri barədə belə geniş təsəvvürlərə malik oldular.
Nahardan sonra gənclər bir neçə qrupa bölünərək "AEGEE nədir?" mövzusunda fikir mübadiləsi apardılar. Burada səslənən fikirlərə aydınlıq gətirildi və daha dolğun təkliflər səsləndirilərək AEGEE-Bakının gələcək fəaliyyət xəttlərini müəyyən etmək məqsədilə bir neçə Layihə Qrupları formalaşdırıldı. Layihə Qrupları aşağıdakılardan ibarət oldu: PR, Tərcümə, AEGEE-Bakı Universiteti, İnformasiya Kommunikasiya Texnologiyaları, İnsan Hüquqları, Avroİslam, Təhsil, FundRaising. Bundan sonra öz istəklərinə uyğun olaraq Layihə Qruplarına daxil olmuş gənclər qruplarının gələcəkdə hansı işləri müzakirə etmək və hansı formada görüşlər təşkil etməyi qərara alıb qrup rəhbərləri də seçdilər.
AEGEE-Bakıının həyata keçirdiyi tədbirlərdə ilk dəfə iştirak edən gənclərdən bir neçəsi elə oradaca ərizə forması doldurub üzvlük haqqı ödəyərək təşkilata tam hüquqlu üzv odular. Treyninq günü gənclər həmçinin maraqlı və əyləncəli mövzularda söhbətlər apardılar. Avropa təhsil dəyərləri, insan hüquqları, mədəniyyətlərarası dialoq və inteqrasiya mövzularında fikir mübadiləsi edildi. Avropa və Azərbaycanda müxtəlif gənclər proqramları xətti ilə treyninq və seminarlarda iştirak etmiş gənclər toplanılmış təcrübə mübadilərindən ətraflı danışdılar.
Aynura Məhərrəmova
AEGEE-Baki PR Manager
E-mail: pr @aegee-baki.org
www.aegee-baki.org |