AEGEE - Association des Etats Généraux des Etudiants de l'Europe

European Students Forum Baku Public Union




“Treasurer Hunt in Latvia ” Yay Universiteti

17-31 iyul, 2007-ci il
Riga, Latvia

17-31 iyul 2007-ci il tarixlərində AEGEE-Riqa “Treasurer Hunt in Latvia” adlı Yay Universiteti təşkil etmişdir. Tədbirə Avropanın bir neçə ölkəsindən (Azərbaycan, İspaniya, Türkiyə, Hollandiya, Polşa, Macarıstan, Ukrayna və s.) 30-dan çox gənc toplanmışdir. O cümlədən, AEGEE-Bakının üzvü və PR Meneceri Aynurə Məhərrəmova da bu Yay Universitetinin fəal iştirakçısı olmuşdur.

Yay Universiteti layihəsi çərçivəsində Avropadan olan gənclərə Latış dilinin öyrədilməsi, mədəniyyətlərarası dialoq, Latviyanın mədəni və tarixi yerlərinin ekskursiyası, Riqa şəhərində olan muzeylər və kinoteatrlar ilə tanışlıq, Yurmala, Liepaya, Cesis, Kuldiga, Sigulda və s. şəhərlərə səyahət, Baltik dənizi sahilində gəzintilər olmuşdur. Həmçinin lahiyəyə maraqli çimərlik partisi, Baltik dənizi sahilində Liepaya şəhərində ildə bir dəfə keçirilən və ətraf ölkələrin gənclərində böyük maraq doğuran Beach Party diskotekasında iştirak, dənizdə üzmək, Riqalı gənclərin toplaşdığı gur yerlərdə maraqlı və macəralı gəzintilər və s. daxil idi.

AEGEE-Bakinın üzvü Aynurə Məhərrəmova Riqada Avropanın 30-dən çox gəncinin iştirakı ilə təmsil olunan ölkələrin təqdimatı gecəsində Azərbaycan haqqında geniş və ətraflı məlumat vermiş, xalqımızın adət-ənənəsi və milli mətbəxi barədə anlayış, Azərbaycan dili və mədəniyyəti, təbiətimiz və insanlarımız barədə tanışlıq mövzusunda çıxışlar etmişdir. Bundan əlavə Aynurə Məhərrəmova AEGEE-Bakının həyata keçirdiyi tədbirlər və layihələr barədə danışmışdır.

Aynura Məhərrəmova

AEGEE-Baki PR Manager